Sumqayıtda jurnalistin avtomobili qarət edildi

Sumqayıtda jurnalistin avtomobili qarət edilib.

Bu barədə AzerTimes-a
jurnalist Səbuhi Vaqifoğlu məlumat verib.

Jurnalist bildirib ki, hadisə Sumqayıt şəhəri, Səməd Vurğun
küçəsində yerləşən “Turan” restoranınını yaxınlığında baş
verib:

“Yarım saat sonra restoranın ofisiantı yaxınlaşdı ki, maşını
yarıblar. Maşından əl çantası, içərisində təxminən 1500 manat pul,
bank kartları, şəxsiyyət, sürücülük vəsiqəsi və digər sənədlər
oğurlanıb. Yaxınlıqda kamera da var. Hüquq-mühafizə orqanlarına
müraciət etmişik”.

Faktla bağlı Sumqayıt şəhər Polis şəhər Polis İdarəsində
araşdırmalara başlanıb.

Teqlər: