Sumqayıtda bir azyaşlı dənizdə batıb, axtarış aparılır

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazi) 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.

FHN-dən AzerTimes-a bildirilib ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.


Teqlər: