Sumqayıtda binada yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 6-cı
mərtəbəsində ümumi sahəsi 65 m² olan mənzildə 1 ədəd çarpayı və
yataq dəsti yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yanğın
zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 20
nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil
yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: