Sumqayıtda baş vermiş yanğın məhdudlaşdırılıb – FHN

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş operativ və
təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürmə qüvvələrinin
peşəkar və fədakar fəaliyyəti sayəsində Sumqayıt şəhərinin Hacı
Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın
ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, ümumilikdə təqribən 5000 kv.m sahədə baş vermiş
yanğın 4000 kv.m sahədə söndürülüb, qalan hissənin söndürülməsi və
soyutma işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Teqlər: