Sumqayıtda 63 yaşlı kişini maşın vurub öldürdü

Sumqayıtda 63 yaşlı kişini maşın vurub öldürdü

Sumqayıt şəhərində avtomobilin vurduğu kişi xəstəxanada ölüb.

AzerTimes xəbər verir ki, yol-nəqliyyat hadisəsi şəhərin Üzeyir Hacıbəyli küçəsi ilə Zülfi Hacıyev küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Nurəddin Nəsrəddin oğlu Quliyev avtomobil vurması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, həkimlərin səyinə baxmayaraq yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb.

Teqlər: