Sumqayıtda 33 yaşlı kişi qətlə yetirildi

Sumqayıtda 33 yaşlı kişi qətlə yetirildi

Dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə AzerTimes-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hazırda iş üzrə istintaq davam edir.

Teqlər: