“Sumqayıt” yenə məğlub oldu

“Sumqayıt” yenə məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir matçı keçirilib.

AzerTimes xəbər verir ki, “Səbail” evdə “Sumqayıt” klubunu qəbul edib. “ASCO Arena”dakı qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 39-cu dəqiqədə Turan Manafov vurub.

Bu nəticədən sonra xallarını 8-ə çatdıran paytaxt klubu 7-ci pillədəki mövqeyini qoruyub. 4 xalı olan “Sumqayıt” isə 9-cu sırada qalıb.

Günün ikinci oyununda “Neftçi” “Bakcell Arena”da “Turan Tovuz”la qarşılaşacaq.

Teqlər: