“Sumqayıt” Serbiya komandasını məğlub etdi

“Sumqayıt” Serbiya komandasını məğlub etdi

Mövsümün ikinci yarısı üçün hazırlığı Antalyada davam etdirən “Sumqayıt” futbol klubu ilk yoxlama oyununu keçirib.

AzerTimes xəbər verir ki, komandamız “Topqapı” otelinin stadionunda Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb.

Baş məşqçi Samir Abasovun yetirmələri 2:1 hesabı ilə qələbə qazanıblar.

Oyunda “Sumqayıt”ın hər iki qolunu Süleyman Əhmədov vurub.

Teqlər: