Sumqayıt sakini yolda iki mopedi vurdu, ölən var

Abşeronda Sumqayıt sakini mopedlərlə toqquşub.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
aprelin 25-də saat 16 radələrində Abşeron rayonunun Ceyranbatan
qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini N.Alməmmədli idarə etdiyi
“Chevrolet” markalı avtomobillə qarşıda gedən Bakı şəhər sakini
Rəşid Adıgözəlovun və Xırdalan şəhər sakini V.Xəlilovun idarə
etdikləri mopedləri vurub.

Nəticədə R.Adıgözəlov hadisə yerində ölüb, digər mopedçi
xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma
aparılır.

Teqlər: