Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Archi Glass” MMC-də
yeni istehsal xətti yaradılıb. Quraşdırılan avadanlıq iki və
üçkameralı, həmçinin skylight paket şüşələrin istehsalında istifadə
olunur.
Trend İqtisadiyyat Nazirliyinin saytına istinadən xəbər verir
ki,“Archi Glass” MMC 2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkının
rezidenti kimi qeydiyyata alınıb və Parkın ərazisində İtaliya, Çin
və Türkiyə texnologiyası əsasında şüşə məmulatların istehsalını
həyata keçirir. İllik istehsal gücü 250-280 min m² şüşə olan
müəssisədə 5 növdə və müxtəlif rənglərdə 1000 çeşiddən çox məhsul
emal edilir. İstehsal olunan məhsullar daxili bazarın təlabatının
ödənilməsinə yönəldilib.
İnvestisiya dəyəri 5,4 milyon manat olan müəssisədə 50-dən çox
işçi çalışır.
“Archi Glass” MMC-nin məhsulları işğaldan azad olunmuş
ərazilərimizdə həyata keçirilən yenidənqurma işlərində istifadə
edilir.