Sumqayıt Kimya Sənaye Parkının rezidenti istehsal həcmini artırır

“SumPlast” MMC 2017-ci ilin dekabrında Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və 2020-ci ildə istehsal fəaliyyətinə başlayıb.

İqtisadiyyat Nazirliyindən AzerTimes-a bildirilib ki, müəssisədə Almaniya texnologiyası əsasında FFS filmlərin (polietilen kisələr) istehsalı həyata keçirilir. İnvestisiya dəyəri 3,3 milyon ABŞ dolları olan müəssisədə 30 nəfər daimi işlə təmin edilib.

İndiyədək şirkət tərəfindən 5 milyon manata yaxın satış həyata keçirilib. İstehsal olunan məhsullar daxili bazara çıxarılır və daha çox Azərikimya İstehsalat Birliyinin və “SOCAR Polymer” MMC-nin istehsal məhsullarının qablaşdırılmasında istifadə edilir.


Bundan başqa “SumPlast” MMC tərəfindən məhsullarının xarici bazarlara ixracı istiqamətində danışıqlar aparılır və nümunə üçün məhsullar artıq bir sıra Avropa ölkələrinə təqdim edilib.

Teqlər: