Xəbər - Samir Əli – Trend:
Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard
Qriqoryan və digər şəxslərin barəsində axtarış davam etdirilir.
AzerTimes-ın məlumatına görə, bunu Baş Prokurorluğunun İstintaq
idarəsinin rəisi Nemət Əvəzov bildirib. O qeyd edib ki, hazırda bu
istiqamətdə işlər görülür.
1988-ci ildə Sumqayıt şəhərində baş vermiş hadisələrin
təşkilatçısı Eduard Qriqoryan və digər şəxslərin barəsində axtarış
elan edilmişdi. Hazırda bu iş üzrə istintaq və əməliyyat tədbirləri
davam etdirilir. Həmin şəxslərin istintaqa cəlb olunması
istiqamətində işlər aparılır”,-deyə idarə rəisi bildirib.