Azərbaycanla Türkiyə arasında daha bir sənəd təsdiq edildi

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanla Türkiyə arasında daha bir sənəd Milli Məclisdə
təsdiq edilib.

AzerTimes-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar
iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində
əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə məsələ
müzakirəyə çıxarılıb.

İclasda sənədin iki qardaş ölkə arasında əlaqələrin
möhkəmlənməsinə töhfə verəcəyi qeyd olunub.


Sənəd Tərəflər arasında qida təhlükəsizliyi sahəsində
əməkdaşlığın inkişaf etdirilməsi, idxal və ixrac olunan qida
məhsullarının təhlükəsizliyinin təmin olunması və qida sektorunda
Tərəflərin ticarət əlaqələrinin mövcud potensialının artırılması
məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul
olunub.

Teqlər: