Sumqayətda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 7 ədəd sayğac və şaxta boyunca 15 p.m kabel yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən 35 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Teqlər: