Sülhməramlının ailə üzvlərinin keçidinə şərait yaradıldı

Sülhməramlının ailə üzvlərinin keçidinə şərait yaradıldı

Bir qədər əvvəl Xankəndi tərəfdən Laçın istiqamətinə doğru Rusiya sülhməramlılarından birinin ailə üzvləri keçid ediblər.

AzerTimes xəbər verir ki, aksiya iştirakçıları keçidə tam şərait yaradıblar.

Bu, bir daha onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır. Aksiya iştirakçıları buradan bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin – yaşlıların, qadınların, uşaqların da keçidinə eyni şəraiti yarada biləcəklərini bildirirlər.

Təəssüf ki, bədnam rusiyalı milyarder Ruben Vardanyan onları buraxmır, bura gəlmələrinin qarşısını alır və qəsdən saxta məlumatlar tirajlayır ki, Azərbaycan tərəfi dinc ermənilərə qarşı humanitar böhran yaradır.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Teqlər: