Qətərdəki mundialda yeni rekord…

Qətərdəki mundialda yeni rekord…

Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatında qol sayında rekord qeydə alınıb.

AzerTimes xəbər verir ki, mundialda ümumilikdə qapılara 172 qol vurulub.

1998 və 2014-cü ildəki yarışda oyunçular 171 dəfə fərqləniblər.

Bundan əlavə, turnir tarixində ilk dəfə bombardirlər eyni klubu (PSJ, Fransa) təmsil edib. Argentinalı Lionel Messi 7, fransalı Kilian Mbappe 8 qola imza atıb.

Qeyd edək ki, Argentina yığması finalda Fransanı məğlubiyyətə uğradıb.

Teqlər: