Sülhməramlıların təhlükəsizliyini təmin etmək üçün… – Rusiya

Sülhməramlıların təhlükəsizliyini təmin etmək üçün… – Rusiya

Rusiya sülhməramlılarının komandanlığı Xankəndi-Gorus yolu ilə avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpası üçün Ermənistan və Azərbaycan ilə danışıqlar prosesini davam etdirir.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, sülhməramlılar keçmiş Ağdərə, Xocavənd və Şuşada üç marşrut üzrə patrul xidməti həyata keçirilib:

“Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

Otuz müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir”.

Teqlər: