Rusiya sülhməramlılarının Laçın-Xankəndi yolunun Şuşa rayonu ərazisindən keçən hissəsində quraşdırılan postu ləğv edilib.
AzerTimes xəbər verir ki, bununla bağlı görüntülər Teleqram kanalında yayılıb.
Videoda Rusiya bayrağının sülhməramlılar tərəfindən endirildiyi əks olunub.
Qeyd edək ki, 12 dekabr 2022-ci ildə başlayan və aprelin 28-nə qədər davam edən ekofəalların aksiyası bu postun önündə keçirilirdi.