Livan İsrailə görə 5 təyyarəsini İstanbula göndərdi

Livan İsrailə görə 5 təyyarəsini İstanbula göndərdi

Livandakı silahlı qruplar və İsrail qüvvələri arasında döyüşlərin şiddətlənəcəyi ehtimalı ilə bağlı ehtiyat tədbiri olaraq Yaxın Şərq Hava Yolları (Middle East Airlines) şirkəti 24 təyyarəsindən 5-ni Türkiyəyə göndərib.

AzerTimes xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

Şirkətdən bildirilib ki, təyyarələr ötən həftənin sonunda İstanbul hava limanına köçürülüb və növbəti xəbərdarlığa qədər orada qalacaq, qalan 19 təyyarə isə normal şəkildə fəaliyyətini davam etdirir.

Teqlər: