Sülhməramlıların 8 maşını maneəsiz Xankəndiyə getdi

Sülhməramlıların 8 maşını maneəsiz Xankəndiyə getdi

Bu dəqiqələrdə Rusiya sülhməramlılarına aid səkkiz avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən maneəsiz keçiblər.

AzerTimes xəbər verir ki, Laçından gələn 5-i yük, 3-ü isə minik avtomobili olmaqla, 8 nəqliyyat vasitəsi Xankəndiyə doğru hərəkət edib. Bir minik avtomobili isə əks tərəfə maneəsiz keçib.

Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 70-ci günündə də sülhməramlıların nəqliyyat vasitələrinin heç bir maneə olmadan ərazidən sərbəst keçməsi bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.

Qeyd edək ki, bu gün hazırkı vaxtadək sülhməramlıların 54 avtomobili aksiyanın təşkil olunduğu ərazidən sərbəst keçib.

Teqlər: