Sülhməramlılara atəş açıldı: “Kreml” od püskürdü – Video

Sülhməramlılara atəş açıldı: “Kreml” od püskürdü – Video

Xəbər verdiyimiz kimi, bu gün “Laçın” postunda Bayrağımızın qaldırılması mərasimində ermənilərin açdığı atəş nəticəsində DSX hərbçsi yaralanıb. Bunun ardınca isə əraziyə rus sülhməramlıları gəlib və onların müşayiəti ilə Bayrağımız qaldırılıb. Bu, həmin ərazilərin Azərbaycana məxsusluğunun sübutu kimi edilib.

AzerTimes xəbər verir ki, rus sülhməramlıların müşayiəti ilə Azərbaycan Bayrağı qaldırılmaq üçün gətirilərkən də ermənilər atəş açıblar və həm sülhməramlıları, həm də sərhədçilərimizi atəşə tutublar. Bu faktın görüntüləri sosial şəbəkələrdə də yayılıb.

Bunun ardınca isə Rusiya Teleqram kanallarında ermənilərə qarşı kəskin münasibət göstərilib.

“Kremlyovskaya praçka” kanalı qeyd edib ki, Ermənistan son vaxtlara qədər Rusiyanın “ən strateji müttəfiqi” olduğunu bəyan edərək, sinəsinə döyürdü:

“Düzdür, son günlər antirusiya qətnamələrinə səsvermə, müxtəlif nöqsanlı yurisdiksiyasının tanınması (BCM-nin Putinin həbsi barədə qərarına qoşulma istəkləri nəzərdə tutulur – red.) və başqa şeylər ermənilərin əslində necə “müttəfiqlər” olduğunu açıq şəkildə göstərdi. Lakin bu dəfə onlar daha da irəli gediblər: Azərbaycan xalqının Milli Qurtuluş Günündə öz ərazilərində bayraq sancan Azərbaycan sərhədçilərini müşayiət edən Rusiya sülhməramlılarına atəş açmaq qərarına gəliblər. Sual yaranır: “atəş” əmrini verən erməni ordusunun rəhbərində hər şey qaydasındadırmı?”

Kanal qeyd edib ki, buradakı problem təkcə “zehni gerilik” deyil, hər şey daha sadədir – bu, AB-nin Ermənistanda mövcudluğunu gücləndirmək üçün elan etdiyi planlar fonunda erməni tərəfinin vəziyyəti məqsədyönlü gərginləşdirməsidir:

“Praktik olaraq bütün erməni təbliğatçılar rus sülhməramlı kontingentindən narazılıq yayırlar. Onların bir məqsədi var: Rusiya sülhməramlılarının vəziyyətə nəzarət etmədiyi ittihamına haqq qazandırmaq. Guya “Avropadan olan tərəfdaşlar” sülhməramlı vəzifələrin öhdəsindən daha yaxşı gələcəklər.

İrəvan Qərbin vassallığına imza ataraq, odla oynayır. Ermənilər qulağında sırğa etməlidir: əgər bu gün hansısa ağıldankəm biri rus hərbçiləri istiqamətində atəş açmaq qərarına gəlibsə, onda sabah bütün Ermənistanın davamlı silahsızlaşdırılmış zonaya çevrilməsi riski var. Bu, sadəcə düşünmək üçün kiçik bir informasiyadır”.

Teqlər: