Sülhməramlılar Qarabağda alverlə məşğuldur – Zöhrabyan

Sülhməramlılar Qarabağda alverlə məşğuldur – Zöhrabyan

Rusiya sülhməramlıları öz səlahiyyətlərini yerinə yetirmək əvəzinə alverlə məşğul olurlar.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sabiq üzvü Naira Zöhrabyan jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında deyib.

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edən Naira Zöhrabyan fikrinin davamında bildirib ki, Ermənistandan və Qarabağdan olan bəzi iş adamları sülhməramlılarla birgə monopoliya qurublar.

“Onlar Rusiya sülhməramlılarına müəyyən miqdarda pul verərək öz məhsullarını Xankəndiyə göndərə və bir kiloqram əriyi üç min dramdan sata bilirlər”, – deyə N.Zöhrabyan qeyd edib.

Teqlər: