“Sülhməramlı” (Миротворец) saytı Ermənistan Baş naziri Nikol Paşinyanı Ukraynanın düşmənləri siyahısına daxil edib.
AzerTimes xəbər verir ki, bu barədə saytdan məlumat verilib.
Bildirilib ki, bu addım Paşinyanın Ukraynaya qarşı humanitar təzcavüzdə iştirak etdiyi, müxtəlif saytlarda dərc olunan bir sıra antiukrayna çıxışları və Rusiyanın təcavüzünə haqq qazandırmaq cəhdlərinə görə atılıb.
Qeyd edək ki, Qarabağ separatçılarının keçmiş “dövlət naziri”, Azərbaycanın Qarabağ iqtiqadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına göndərilən rusiyalı milyarder Ruben Vardanyan da Ukraynanın “Sülhməramlı” Mərkəzinin sanksiya bazasına daxil edilmişdi.