“Heydərbabaya salam” Türkiyədə dərsliyə salındı

“Heydərbabaya salam” Türkiyədə dərsliyə salındı

Türkiyə Təhsil Nazirliyi 11-ci sinif türk dilinin ədəbiyyat kitabına Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın bioqrafiyasını və “Heydərbabaya salam” poemasından parça daxil edib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyə Təhsil Nazirliyinin bu hərəkəti Güney azərbaycanlılar tərəfindən minnətdarlıqla qarşılanıb.

Onlar sosial media kanallarında paylaşımlar edərək Təhsil Nazirliyinə təşəkkür edib, bunun İran Təhsil Nazirliyi üçün də nümunə olmasını diləyiblər.

Teqlər: