Sülh və sabitlik üçün yeni fürsətlər – “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan yox, Ermənistan
da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya
qazanacaq. Davamlı sülhə gedən yol isə bölgədəki bütün xalqların və
dövlətlərin qarşılıqlı etimada əsaslanaraq inkişaf etdirəcəkləri
əməkdaşlıqdan keçir. Bununla yanaşı, Vətən müharibəsində Türkiyə
həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın
yanında yer almasının təsadüf olmadığını, bunun tarixi təcrübəyə
söykəndiyini bildirdi. Necə ki, Balkan müharibəsi zamanı Əhməd
Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında
döyüşüb, necə ki, azərbaycanlılar türk qardaşları ilə çiyin-çiyinə
Çanaqqalada işğalçılara qarşı vuruşub, necə ki, Nuru Paşanın
rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycanın yardımına gəlib, bu
gün də Türkiyə ilə Azərbaycan bir yerdədir və gələcəkdə də bu, belə
olacaq.

AzerTimes-ın məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Sülh və sabitlik üçün yeni
fürsətlər. İndiki geosiyasi vəziyyətdə risklərdən necə
sığortalanmalı? Sülh və rifaha uzanan qlobal və regional yollar”
mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb.
Verilişin qonaqları – siyasi şərhçilər Ədalət Verdiyev, Elmar
Hüseyn və Fuad İbrahimov mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: