Azərbaycan və Ermənistan arasında imzalanacaq müqavilədə Qarabağın Azərbaycandan kənarda qeyd olunması sülh sazişinin pozulmasına səbəb ola bilər.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərin sualına cavab olaraq deyib.
“Mümkün sülh müqaviləsində Ermənistan və Azərbaycanın imzalayacağı sənəddə belə bir qeydin olacağını düşünmürəm. Çünki bu, əks təsir göstərə bilər. İkincisi, Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb. Ərazilərin göstərilməsi isə mümkün sülh müqaviləsini yalnız çətinləşdirəcək və ola bilsin ki, heçə çevirəcək”, – spiker bildirib.