Sülh ABŞ-Rusiya arasında olmalıdır – Orban

Sülh ABŞ-Rusiya arasında olmalıdır – Orban

Ukraynada sülh yalnız Rusiya ilə ABŞ arasında aparılan danışıqlar əsasında mümkündür.

AzerTimes xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban söyləyib.

“Atəşkəs Rusiya ilə Ukrayna arasında deyil, ABŞ və Rusiya arasında bağlanmalıdır. Bu müharibənin Rusiya-Ukrayna danışıqları ilə bitəcəyini düşünənlər bu dünyada yaşamırlar. Reallıq başqa cür görünür. Ukrayna yalnız ABŞ-dan hərbi dəstək aldığı üçün özünü müdafiə edə bilir. Ona görə də amerikalılar ruslarla razılığa gəlməlidirlər. Və o zaman müharibə bitəcək”, – Orban qeyd edib.

Teqlər: