Sudanda şiddətli döyüşlər: Ordu bu bazanı ələ keçirdi

Sudanda şiddətli döyüşlər: Ordu bu bazanı ələ keçirdi

Sudan ordusu paytaxt Xartumun cənubunda yerləşən zirehli tank qüvvələrinin bazasına tam nəzarəti ələ keçirib.

AzerTimes xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı Sudan ordusuna istinadla məlumat yayıb.

“Xartumun cənubundakı Əl-Şəcər bölgəsində zirehli tank qüvvələrinin bazasının təhlükəsizliyi təmin edilib, əlavə olaraq Çevik Reaksiya Qüvvələri ətraf ərazilərdən çıxarılıb”, – məlumatda bildirilib.

Kanalın məlumatına görə, Sudan ordusu paytaxtdakı Çevik Reaksiya Qüvvələrinin mövqelərinə hava zərbələri endirməkdə davam edir və artilleriya atəşi səsləri də eşidilir. Qonşu Omdurman şəhərində də şiddətli döyüşlər gedir.

Teqlər: