Sudanda Səudiyyə təyyarəsi ziyan gördü

Sudanda Səudiyyə təyyarəsi ziyan gördü

Sudanın paytaxtı Xartumdakı aeroportda Sudan ordusu və xüsusi təyinatlılar arasında silahlı atışma zamanı Səudiyyə Hava Yollarına məxsus sərnişin təyyarəsi ziyan görüb.

AzerTimes xəbər verir ki, təyyarənin sərnişinləri və ekipaj üzvləri xəsarət almayıblar. Pilotlar Səudiyyə Ərəbistanının Xartumdakı konsulluğuna aparılıb.

İnsidentdən sonra şənbə günü Səudiyyə Ərəbistanından Sudana uçan təyyarələr geri qaytarılıb. Səudiyyə Hava Yollarının nümayəndəsi jurnalistlərə bildirib ki, Krallığın hava limanlarında Xartuma həyata keçirilən bütün aviareyslər ləğv olunub.

Teqlər: