Sudanda idman klubuna hücum törədilib, ölənlər var

Sudanın şimal-şərqində yerləşən Port Sudan şəhərində idman klubuna hücum nəticəsində ən azı altı nəfər öldürülüb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə yerli internet qəzeti Alrakoba məlumat verib.

Məlumata əsasən, cinayətkarlar motosikletlərlə əraziyəə yaxınlaşıb və əldəqayırma partlayıcı qurğuları idman klubuna atıblar. Bundan əlavə, onlar növləri müəyyənləşdirilməyən silahlardan atəş açıblar.


İki nəfər hadisə yerində, biri qadın olmaqla digər dörd nəfər isə yerli xəstəxanaya çatdırılarlən həlak olublar.

Polis cinayətin törədilməsində şübhəli bilinən bir neçə nəfərin həbs olunduğunu bildirib.