Sudan aviasiyası XTQ-nin mövqelərini vurdu

Sudan aviasiyası XTQ-nin mövqelərini vurdu

Sudan aviasiyası Xartum yaxınlığında xüsusi təyinatlıların mövqelərinə zərbələr endirib.

AzerTimes xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, əsasən paytaxtın şərqində yerləşən rayonlar atəşə tutulub.

Bildirilib ki, aviasiya şəhərin şimalında yerləşən Şimali Xartum rayonuna da hava zərbələri endirir. Əməliyyat güclü artilleriya zərbələri ilə müşayiət olunur.

Paytaxtın bir neçə rayonunda ordu qüvvələri ilə xüsusi təyinatlılar arasında döyüşlər gedir.

Teqlər: