“Subaru” Yaponiyada üç zavodda istehsalı dayandırır

Yaponiyanın “Subaru” avtomobil şirkəti iyunun 2-i və 3-də Qumma
prefekturasında yerləşən üç zavodda istehsalın dayandırılacağını
bildirib.

Trend-in
məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, qərar avtomobillərin tərkib hissələrinin
çatışmazlığı ilə əlaqədar verilib.

Məlumata əsasən, çatışmazlıq Çində koronavirusun yayılması ilə
əlaqədar tətbiq olunan sərt qapanmalara görə yaranıb.