Su Ehtiyatları Agentliyinin kollektivi Fəxri Xiyabanda – Foto

Su Ehtiyatları Agentliyinin kollektivi Fəxri Xiyabanda – Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ölkəmizdə genişmiqyaslı tədbirlər keçirilir.

AzerTimes xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin kollektivi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.

Teqlər: