NATO-nun Baş katibi Yens Stoltenberq Beynəlxalq Valyuta Fonduna (BVF) rəhbərlik edə bilər.
AzerTimes xəbər verir ki, bu barədə Norveçin TV2 telekanalı məlumat yayıb.
“Stoltenberq Vaşinqtonda yeni rəhbərlik vəzifəsi ala bilər”, – xəbərdə deyilir.
Bildirilir ki, Stoltenberqin yeni vəzifəyə təyinatı onun NATO rəhbəri kimi səlahiyyət müddəti başa çatdıqdan sonra baş tuta bilər.