Baydendən Zelenskiyə: Putinə qarşı yanınızda olmaq şərəfdir

Baydendən Zelenskiyə: Putinə qarşı yanınızda olmaq şərəfdir

ABŞ Ukraynanın müdafiəsini və ədalətli sülh istəklərini dəstəkləməyə davam edəcək.

AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdə deyib.

“Bilirsiniz, Putinin apardığı amansız müharibəyə qarşı sizin yanınızda olmaq şərəfdir”, – Bayden söyləyib.

ABŞ prezidenti qeyd edib ki, bu müharibənin 300 gündür davam etdiyinə inanmaq çətindir:

“Çünki Rusiya Prezidenti Vladimir Putin Ukraynanın bir dövlət kimi mövcud olmaq hüququna qəddarcasına hücum edib, eyni zamanda günahsız Ukrayna xalqına da hücum edib. Ukraynalıları qorxutmaqdan başqa bir səbəb yoxdur”.

Teqlər: