Stokholm və Ankara NATO kontekstində fikir ayrılıqlarını aradan qaldıracaqlar – İsveçin XİN rəhbəri

Stokholm və Ankara, şübhəsiz ki, İsveçin NATO-ya mümkün üzvlüyü
ilə bağlı yaranan fikir ayrılıqlarını aradan qaldıra
biləcəklər.

Trend xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Ann Linde
mətbuat konfransı zamanı deyib.

“Biz Türkiyə ilə dialoqu davam etdirəcəyik və bütün mövcud fikir
ayrılıqlarını aradan qaldırmağa çalışacağıq. Əminəm ki, biz bu
ikitərəfli məsələni həll edəcəyik”, – deyə XİN rəhbəri
bildirib.