Estoniyada NATO ilə birgə hərbi təlimlər keçiriləcək

Estoniyada mayın 16-da NATO ölkələrinin hərbçilərinin iştirakı
ilə genişmiqyaslı təlimlər başlayacaq.

Trend xəbər verir ki, bu barədə ölkənin Müdafiə Qüvvələrinin Baş
Qərargahının saytında bildirilir.

Baş Qərargahdan bildirilib ki, təlimlər “Siil 2022” adlanır.
Təlimlərdə 15 min estoniyalı hərbçi, həmçinin Şimali Atlantika
Alyansının on ölkəsindən müttəfiqlər iştirak edəcək.

Təlimlət iyunun 3-ü başa çatacaq.