Aprelin 9-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun
dəniz sahəsində STB-1 barjasında Dayaq blokunun yerdəyişməsi zamanı
yedək gəmilərdən buraz qopub və nəticədə barja yanalma körpüsünə
toxunub.
“BOS Shelf”dən Trend-ə bildiriblər ki, əməliyyat dərhal
dayandırılaraq dayaq bloku limana bərkidilib və digər zəruri
tədbirlər həyata keçirilib.
Baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur.
Dayaq blokunun yerdəyişmə işləri bərpa edilərək aprelin 10-da
gün ərzində adi qaydada icra olunur.