Stallone həyat yoldaşından boşanır

Stallone həyat yoldaşından boşanır

Məşhur amerikalı aktyor, rejissor və ssenarist Silvester Stallonenin 25 illik həyat yoldaşı Cennifer Flavin boşanmaq üçün məhkəməyə müraciət edib.

AzerTimes xəbər verir ki, bu barədə “Kloservikli” (Сloserweekly) məlumat yayıb.

Nəşr boşanmanın dəqiq səbəbinin məlum olmadığını qeyd edir. Amma əldə olunan məlumatlara əsasən, Flavin Silvesterin ailə əmlakını qəsdən israf etdiyini bildirir. Buna görə də qadın məhkəmədən həyat yoldaşının hər hansı əmlakı satması, başqasına təhvil və ya sərəncam verməsi barədə hüququnu qadağan etməsini xahiş edib. Həmçinin, birgə əmlakın ədalətli şəkildə bölüşdürülməsini istəyib.

Stallone özü isə hələ boşanması ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, 1997-ci ildə ailə quran cütlüyün Sofiya, Sistine və Skarlet adlı 3 qızı var.

Teqlər: