SSRİ bu ölkədə 118 təyyarə itirmişdi, biz isə 278-in vurmuşuq

SSRİ bu ölkədə 118 təyyarə itirmişdi, biz isə 278-in vurmuşuq

Fevralın 24-dən bəri ukraynalı müdafiəçilər Əfqanıstanda 10 illik müharibə zamanı Rusiyanın itirdiyi təyyarələrdən iki dəfə çoxunu məhv ediblər.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı Feysbukda yazıb.

“Əfqanıstanda 10 ildə 118 Sovet təyyarəsi vurulmuşdu, Ukraynada 278 Rusiya təyyarəsi məhv edilib”, – o bildirib.

Zalujnı hesab edir ki, Ukrayna ilə müharibə Rusiya üçün Əfqanıstandakı müharibə kimi rüsvayçılıqdır:

“Ukraynada işğalçı savaş Rusiyanın məhvinə səbəb olacaq”.

Teqlər: