Şri-Lankada bir neçə nazir istefa verdi

Şri-Lankada bir neçə nazir istefa verdi

Şri-Lankanın bir sıra nazirləri ölkədəki iqtisadi və siyasi böhran fonunda öz postlarını tərk etmək qərarını açıqlayıblar.

AzerTimes-ın məlumatına görə, bu barədə yerli media məlumat yayıb.

Belə ki, kənd təsərrüfatı naziri Mahinda Amaravira, əmək və turizm nazirləri Manuşa Nanayakkara və Harin Fernando, eləcə də investisiyalar naziri Dhamikka Perera və nəqliyyat naziri Bandula Qunavardana vəzifələrini tərk edirlər.

Qeyd edək ki, ötən gün ölkənin baş naziri istefa verib. İyulun 13-də isə prezidentin istefa verəcəyi bildirilir.

Teqlər: