Şri-Lanka xarici öhdəliklərlə bağlı defolt elan edib

Şri-Lanka Maliyyə Nazirliyi ölkənin xarici borc öhdəliklərinin
ödənilməsinin dayandırılmasını elan edib.

Trend-in
məlumatına görə, bu barədə nazirliyin qərarında deyilir.

Qeyd olunur ki, Şri-Lankanın xarici bazarlarda buraxılmış bütün
istiqrazları, ikitərəfli kredit öhdəlikləri barədə defolt elan
olunub.

Həmçinin, kommersiya bankları və digər kredit təşkilatları ilə
xarici valyutada qeydə alınmıç kredit sazişləri üzrə bütün
ödənişlər dayandırılıb.

Qeyd edək ki, Şri-Lankada mart ayında inflyasiya artımı 17 faiz
təşkil edib. Ölkədə davam edən iqtisadi böhranla mübarizə üçün yeni
borcların alınmasına ölkənin mövcud 35 milyard dollarlıq xarici
borcu mane olur.