Şri-Lanka prezidentinin yeri məlum oldu

Şri-Lanka prezidentinin yeri məlum oldu

Şri-Lanka Prezidenti Qotabaya Racapaksa ölkədədir və xaricə getməyib.

AzerTimes xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, iyulun 9-da keçirilən etiraz aksiyasından sonra Şri-Lankanın ərazi sularında hərbi gəmidə olan Racapaksa bu gün quruya qayıdıb və ölkənin silahlı qüvvələrinin komandirləri və qərargah rəisi ilə görüşüb.

Qəzet vurğulayıb ki, Racapaksa prezidentlikdən istefa verdikdən sonra, bu həftə xaricə ölkəyə gedəcək.

Qeyd edək ki, iyulun 9-da dövlət başçısının iqamətgahının ələ keçirildiyi və 100-dən çox insanın yaralandığı iğtişaşlar fonunda Q.Racapaksa iyulun 13-də vəzifəsini tərk edəcəyini bildirib.

Teqlər: