“SpaceX” şirkəti “Starlink” peyklərini orbitə buraxıb

ABŞ-ın “SpaceX” şirkəti növbəti “Starlink” mikropeyk dəstəsi ilə “Falcon 9” raket-daşıyıcını orbitə buraxıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə şirkətin saytında bildirilib.

Məlumata əsasən, Florida ştatının Kanaveral burnundan buraxılış
yerli vaxtla saat 17:27-də baş tutub. 53 mikropeyk aşağı Yer
orbitinə buraxılmalıdır.