Bəhreynin telekommunikasiya tənzimləyicisi ABŞ-ın “SpaceX”
şirkətinin “Starlink” peyk rabitə sisteminin ölkədə istismarı üçün
icazə verib.
Trend xəbər verir ki, bu barədə “Bəhreyn” informasiya agentliyi
xəbər yayıb.
Qərarı şərh edən telekommunikasiya tənzimləyicisinin direktoru
Filip Marnik bildirib ki, “[Bəhreynin] üstün rəqabət qabiliyyəti və
açıq bazarı onu yeni xidməti təqdim etmək üçün ideal yerə
çevirir”.
Agentlik qeyd edir ki, Bəhreyn regionda “Starlink”in istismarına
icazə verən ilk ölkə olub.