SpaceX ABŞ kəşfiyyat peykinin buraxılışını aprelin 17-nə təxirə salıb

ABŞ Hərbi Kosmik Kəşfiyyat Milli İdarəsinin ehtiyacları üçün
peyki orbitə çıxaracaq “SpaceX” şirkətinin Falcon-9 daşıyıcı
raketinin buraxılışı aprelin 17-si bazar gününə təxirə salınıb.

Trend xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat
yayıb.

Qeyd olunur ki, belə qərar əlverişsiz hava proqnozu ilə əlaqədar
qəbul olunub.

Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından
NROL-85 missiyası çərçivəsində buraxılış aprelin 15-i cümə gününə
planlaşdırılırdı, lakin raket sistemlərini yoxlanması daha bir gün
çəkib.

“Şənbə günü güclü külək proqnozlaşdırıldığından, NROL-85-in 17
aprel bazar günündən tez olmayaraq buraxılmasını hədəfləyirik”, –
şirkətdən bildirilib.

Teqlər: