Söyüşə görə qonşusunu dəmir parçası ilə vurdu

Söyüşə görə qonşusunu dəmir parçası ilə vurdu

Göygöl sakini söyüşə görə qonşusuna dəmir parçası ilə ağır xəsarət yetirib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə şəhəri Aydın Hacıyev küçəsində baş verib.

Belə ki, Aftandil Malik oğlu Qurbanov küçədə digər tanışları ilə söhbət edərkən ucadan nalayiq ifadələr işlədib.

Bu zaman onun qonşusu Tural Turan oğlu Hüseynov küçədə nalayiq ifadələr işlətdiyinə görə A.Qurbanovu dəmir parçası ilə vuraraq ağır xəsarətlər yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib və ona qarın boşluğunun daxili qanaxması diaqnozu qoyulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Teqlər: