Soyuq rayonlarda qaz tariflərinə güzəştlər ola bilər? – Departament rəisindən açıqlama

Xəbər - Çingiz Səfərli – Trend:

Qışın sərt keçdiyi ucqar rayonlarda qaz tariflərində güzəştlərin edilməsi ilə bağlı təkliflər nəzərdə tutulmayıb.

AzerTimes-ın məlumatına görə, bunu Bakı Regional Qaz Satışı Departamentinin rəisi Zamin Mehrəliyev deyib.

Onun sözlərinə görə, bu səlahiyyət “Azəriqaz” İB-nin üzərinə düşmür.

“Amma bir şeyi qeyd etmək istəyirəm ki, mövsümlə əlaqədar qışın harada sərt keçməsi ilə bağlı ümumi hesabat götürəndə Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən abonentlərlə ucqar rayonlardakı abonentlərin qaz sərfiyyatının eyni olduğu müşahidə olunub. Bu, təxminən 4000-6000 kub həcmindədir. Bununla bağlı hansısa əsaslandırılmış təklif hələ ki verilməyib”, – qurum rəsmisi bildirib.

Teqlər: