Soyuq hava nə vaxta kimi davam edəcək?

Soyuq hava nə vaxta kimi davam edəcək?

Hazırda Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə müşahidə olunan yağmursuz qeyri-sabit hava şəraiti sabah gün ərzində də davam edəcək.

Bu sözləri AzerTimes-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

“Sabah axşam saatlarında bəzi yerlərdə yağış yağması ehtimalı var. Havanın temperaturu gündüz saatlarında 5 dərəcəyədək isti olacaq. Bölgələrdə əsasən yağmursuz hava şəraiti gözlənilir. Amma bəzi dağlıq və dağətəyi rayonlarımızda qısamüddətli yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Havanın temperaturu aran rayonlarında 6-11 dərəcə isti, dağlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq”, – Məmmədova bildirib.

Teqlər: