Rusiya hərbi-siyasi rəhbərliyi Ukraynaya yeni hücuma hazırlaşır.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Rusiya hərbi rəhbərliyi Kremlin Ukraynaya qarşı müharibəsindəki uğursuzluqları ilə bağlı ictimai rəyi dəyişməyə cəhd edərək, özünü effektiv müharibə aparatının bir hissəsi kimi göstərmək kampaniyası aparır. Dekabrın 18-də Rusiya müdafiə naziri Sergey Şoyqunun Cənub Hərbi Dairəsinə işgüzar səfərdə olduğu və Rusiya hərbçilərindən ibarət qrupa baxış keçirdiyi kadrları dərc edilib. Şoyqu səhra komandirlərinin məruzələrini dinləyib, birbaşa cəbhə xəttində şəxsi heyətlə danışıb, qoşunların hərtərəfli təminatının təşkilinə, şəxsi heyətin səhrada yerləşdirilməsi üçün şəraitə, eləcə də ordunun işinə xüsusi diqqət yetirib.
Dekabrın 17-si isə Rusiya Müdafiə Nazirliyi Şoyqunun Rusiya Prezidenti Vladimir Putin, Baş Qərargah rəisi Valeri Gerasimov və Ukraynadakı Birləşmiş Qüvvələr Qrupunun komandanı Sergey Surovikin ilə təcili və təxirəsalınmaz məsələləri müzakirə etmək üçün görüşdə iştirak etməsinin görüntülərini yayıb. Rusiyanın Ukraynadakı əməliyyatları üçün ortamüddətli təkliflər müzakirə olunub.
Şoyqunun son hərəkətləri onu deməyə əsas verir ki, Rusiya Müdafiə Nazirliyi müharibə tərəfdarı olan ictimaiyyət tərəfindən müharibənin aparılmasının ardıcıl tənqidi fonunda effektiv hərbi qurum kimi öz reputasiyasını gücləndirməyə çalışır”, – məlumatda deyilir.